Türk müğənni Aleyna Tilkinin özündən yeni mahnı istəyən pərəstişkarlarına verdiyi reaksiya sosial mediada böyük səs-küyə səbəb olub.
OLAY yazır ki, Aleyna Tilki fan klubundan gələn “Bəs yeni mahnı?” sualına gözlənilməz cavab verib:
“Karyeramın əvvəlindən bəri hər il ən azı bir böyük hit mahnı çıxarmışam. Amma yox. Bu il yeni bəstə çıxmaya bilər. Bəlkə də içimdən gəlmir? Necə pərəstişkarlarsınız, anlamıram. Xaricdə albom hazırlayıram və dünya musiqisinə istiqamət verən prodüserlərə türk mədəniyyətinin və musiqisinin dəyərlərini öyrədirəm. Mən "yoruldum" yazıram, siz isə "Mahnı haradadır?" yazırsınız. Mən sizə sevməyi beləmi öyrətmişəm? Hər il sizə istehlak edəcəyiniz bir şey verməliyəm?”
Müğənni reaksiyasına yönələn tənqidlərdən sonra yeni mesaj paylaşıb:
“Eqolu bir imic yaratdığım zaman mənim üçün daha yaxşı idi. Ən azı şəxsi həyatda əsl xarakterimi və səmimi tərəfimi qoruya bilirdim. Sizə hətta həddindən artıq səmimi danışdım. Sarkastik xarakterimə geri dönəcəyəm. Artıq yenə də yalnız çox ağıllı insanlar zarafatlarımı anlayacaq. Son dəfə deyirəm: əgər bu sizin üçün egodursa, eqomdan çatlayın. Yox, bu il sizə məndən mahnı yoxdur. Sizə ev tapşırığı verirəm: gələn il mən mahnı çıxarana qədər gedin, bu günə qədər etdiyim işləri əvvəlcə həzm edin.”