Tarixin ən titullu futbolçusu Lionel Messi milyarder olub.
OLAY yazır ki, vergilər, investisiya gəlirləri və sponsorluq müqavilələri nəzərə alınmaqla idmançının sərvəti 1 milyard dolları ötüb.
Lionel Messinin kapitalının artmasına onun “Inter Miami CF” klubu ilə bağladığı müqavilə də təsir edib. Bu müqaviləyə əsasən o, televiziya yayımlarından gəlir əldə edir. Bundan əlavə, futbolçu daşınmaz əmlaka və Argentinadakı restoran şəbəkəsinə investisiya yatırıb, aprel ayında isə “UE Cornellà” futbol klubunu satın alıb.
Qeyd edək ki, ötən il Kristiano Ronaldo futbol tarixində ilk milyarder futbolçu elan olunub.