Aktrisa Serenay Sarıkaya xeyriyyə addımı atıb.
OLAY yazır ki, o könüllülərlə birlikdə heyvan sığınacağına səfər edib. Aktrisa sahibsiz heyvanlara qayğı göstərərək, onların sağlamlıq, qida və təhlükəsizlik məsələləri ilə yaxından maraqlanıb.
Sarıkayanın bu addımı pərəstişkarları tərəfindən olduqca bəyənilib.