Türk müğənni Serdar Ortaç vəsiyyəti ilə bağlı açıqlamalar verib.
OLAY yazır ki, aktyor Kadir İnanırın sağlığında ikən mirasını tənzimlədiyini xatırladan Ortaç özünün də mirasını indidən yazdığını bildirib.
Serdar Ortaç mirasını, ilk növbədə yanında çalışanlar olmaqla, ötən illərdə vəfat edən qardaşının övladlarına qoyacağını ifadə edib.
Uzun müddətdir birlikdə çalışdığı insanları da vəsiyyətində düşündüyünü qeyd edən Ortaç özündən sonra mirasın necə bölüşdürüləcəyinə dair qərarın həmin şəxslər arasında verilməsini istədiyini söyləyib.