Aktyor cütlük Sənan Kazımovla Aygün Fətullayevanın toyu olub.
OLAY yazır ki, bir neçə gün öncə nikah bağlayan cütlüyün məclisi paytaxt restoranlarının birində keçirilib.
Leyla Quliyeva və Azər Süleymanlının aparıcılıq etdiyi gecədə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, müğənnilər Azad Şabanov, Çinarə Məlikzadə və Elnur Məmmədov səhnə alıb.
Qeyd edək ki, Sənan həm də Əməkdar artist Nicat Kazımovun oğludur.