İctimai Televiziyanın populyar "Maska" şousunda növbəti vida yaşanıb və maraqla gözlənilən "Səməni" obrazının kimliyi bəlli olub.

OLAY yazır ki, sözügedən  altından Əməkdar artist Lalə Məmmədova çıxıb.

Sənətçi şouda ilk olaraq “Jamiroquai” qrupunun “Deeper Underground” mahnısı ilə səhnə alıb.

İkinci mərhələdə Rəqsanə İsmayılovanın repertuarından “Bivəfa” mahnısını səsləndirən Lalə Məmmədova bu çıxışı ilə böyük maraq doğurub.

Qeyd edək ki, “Bivəfa” ilə bağlı maraqlı bir fakt da üzə çıxıb: 20 il əvvəl bu mahnı ilk olaraq sənətçinin özünə təklif olunsa da, sonradan mahnını Rəqsanə İsmayılova ifa edərək məşhurlaşdırıb.

Lalə Məmmədova şoudakı sonuncu çıxışında isə "The Cardigans" qrupunun "Lovefool" mahnısını ifa edib. Onun hər üç performansı həm münsiflər, həm də izləyicilər tərəfindən yüksək qiymətləndirilib.