Xalq artisti Brilliant Dadaşova ilk dəfə bacısı Sədaqət Dadaşocva ilə qızı Səidə Dadaşovanın küsülülüyündən danışıb.
OLAY yazır ki, bu barədə sənətçi RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində açıqlama verib.
Estrada ulduzu Səidənin həyat yoldaşının ona şiddət göstərdiyini iddia edib:
““Səidə çox yaxşı, düzgün qızdır. Ona demək istəyirəm ki, deyirsən, “anam məni saymır, uşağımı da görmək istəmir”. Bilirsən ki, anan sənə zəng etdi, dedi, sənə gözəl bjuteriyalar almışam, yanındakı - “ərim” dediyin adam telefonu götürdü, dedi ki, gəlsən ayağını qıraram. Bunu anana deyib. Anan bu sözdən sonra necə evinə gələ bilər? Ailəmizə gətirdiyi ləkələr, danışdığı yalanlar mənə çox toxundu, susdum. Səidənin göz yaşları bilirsiniz nəyə görədir? İki ay bundan əvvəl qabırğasını sındırıb. Səidənin qabırğasını sındıranda Rafaelin 50 illik dostuna zəng edib, deyib ki, bunun əlindən məni xilas edən yoxdur, polisə zəng etdim, məni döydü, ona görə məcbur olub, “ stuldan yıxılmışam” dedim. Buradan müraciət edirəm, Səidənin başından bir tük əskik olsa, o səs yazıları məndədir, bir də Səidəni öyrədib, efirdə Dadaşovların adını hallandırsanız, bu yalanları danışsanız, ərizə yazacağam”.