“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva Zəfər Günündə şəhid ailələrinin evində qonaq olub.
OLAY yazır ki, bu barədə iş xanımı instaqramda video paylaşıb.
“Böyükdür Vətən dediyin, Şəhid Vətəndən də böyük...
Dünən qəhrəmanlığı, fədakarlığı, sevgisi Vətəndən də böyük 4 şəhidimiz - Polkovnik-leytenantlar Mehman Qənbərovla və Həmdəm Ağayevin, Baş gizir Elnur Rüstəmov və mayor Emin Süleymanovun ailələrini ziyarət etdik.
Onların yazdığı ömürlük dastanı, qəlbimizə həkk etdikləri Vətən hekayələrini əzizlərinin, doğmalarının, özləri kimi fədakar xanımlarından, atalarının adını uca tutan övladlarından bir daha dinlədik.
O hekayələri ki, hər sətrində əzm, cəsarət, hər səhifəsində yurd, Vətən sevgisi, sonluğunda isə əbədiyaşar qəhrəmanlıq yazılıb. Canları, qanları ilə yazdıqları tarixin və Zəfərin möhürü əks olunub! Ruhunuz şad olsun, Vətən oğullar!”, - deyə, R. Əliyeva vurğulayıb.