Narkotik istintaqı çərçivəsində axtarışa verilən model Şevval Şahinin İngiltərəyə köçdüyü iddia olunub.
OLAY yazır ki, məlumata görə, Şevval saxlanılma qərarından sonra Londona yerləşib, agentliyə yazılıb.
Məsələni “Nurmagazine”ə yalanlayan model bunları söyləyib:
“Evin və vətəndaşlığım olan ölkəyə necə yerləşə bilərəm? Onsuz da İngiltərə vətəndaşıyam. Əvvəlcə araşdırsınlar. Profilimə qoyduğum link də brendlərdən biri ilə bağlıdır, agentlik deyil”.