Azərbaycan xalq mahnısı "Sarı gəlin"in Araz Trosyanın (Araz Dareh) ifasında erməni və fars dillərində "Sarı ağçik" musiqisi kimi səsləndirilməsi ilə bağlı araşdırma aparılır.
OLAY yazır ki, bu barədə "Report"a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, "Sarı gəlin" mahnısı İran dövlət televiziyasının efirində Araz Torosyanın ifasında erməni və fars dillərində "Sarı ağçik" adı ilə səsləndirilib, "erməni musiqisi" kimi qələmə verilib.