Şahzadə Harri anası Şahzadə Diananın faciəvi taleyi ilə bağlı qalmaqallı bir açıqlama verib.

OLAY yazır ki, Sasseks hersoqunun sözlərinə görə, kral ailəsi daxilindəki həyatın yaratdığı təzyiq və şərtlər onun anasını “öldürüb”.

“Saray həyatı onu öldürdü. Sərt qaydalarla yaşamağa və hərəkət etməyə məcbur olduğun bir sistem, insanın öz ‘mən’ini ifadə etməsinə imkan vermir və bütün gücünü tükəndirir. Bu sistem ən parlaq və canlı insanları belə öldürür”, - deyə o bildirib.
Hersoq qeyd edib ki, anası dünya miqyasında sevgi və rəğbət görməsinə baxmayaraq, özünü ifadə edə bilməməkdən və problemlərini açıq danışa bilməməkdən əziyyət çəkib.

Qeyd edək ki, Şahzadə Diana 1997-ci ilin avqustunda Parisdə baş verən avtomobil qəzasında həyatını itirib. O zaman Şahzadə Harri 12 yaşında idi.

“Saray həyatı şahzadə Diananı “öldürdü!””