“Mehmed: Fetihler sultanı” serialı sosial mediada müzakirə yaradıb.
OLAY yazır ki, buna səbəb layihədə Azərbaycanın ilk diplomat qadını, Uzun Həsənin anası Sara Xatunu canlandıran aktrisa olub.
Belə ki, Sara Xatun üçün aktrisa Selma Güneri ilə razılaşma əldə edilib.
Günerinin botoksları istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Hətta bəzi izləyicilər bu rol üçün azərbaycanlı aktrisanın daha uyğun olacağını yazıb.