Aparıcı Samir Bayramlının ARB-də yayımlanan “Fullshow” proqramı bağlanıb.
OLAY yazır ki, bu barədə Samir özü məlumat yayıb.
O bildirib ki, layihə öz istəyi ilə fəaliyyətini dayandırıb:
“Artıq bir aydır ki, şəxsi istəyim və qarşılıqlı razılaşma əsasında arb tv də yayımlanan özəl media ilə biryerdə ərsəyə gətirdiyimiz “FULLSHOW” verilişini dayandırıb yollarımı ayırmışam. 1 ilə yaxın zamanda birgə çalışdığım bütün komandaya təşəkkür və yeni işlərində uğurlar arzu edirəm! Növbəti gözəl layihələrdə görüşmək ümidi ilə”.