Müğənni Nura Suri Samirə Əfəndini müdafiə edib.
OLAY yazır ki, Əfəndi jürisi olduğu “Silk Way 2025” müsabiqəsinin finalında erməni iştirakçıya 12 xal verməsinə görə sosial şəbəkələrdə tənqid olunub. Nura Suri bu barədə paylaşım edərək bu sözləri yazıb:
“Hal-hazırda ölkə başçısının siyasi kursu sülhün təmin edilməsinə yönəlib və bunun bariz nümunəsi kimi 21–22 noyabr tarixlərində erməni nümayəndə heyətinin Bakıya səfəri qeyd oluna bilər. Belə bir həssas dövrdə Samirə Efendinin beynəlxalq müsabiqədə erməni iştirakçısına verdiyi 12 bala görə məsələni şişirtmək və onu demək olar ki, “xalq düşməni” kimi qələmə vermək tamamilə yersizdir.
Samirə Efendi hərbçi, müharibə iştirakçısı və qazi övladıdır. Bu qədər şəhid və qazisi olan bir xalqın sülhə aparan addımları qeyri-adi qarşılaması və ya humanist jestləri düşmənçilik kimi təqdim etməsi anlaşılmazdır. Musiqinin milliyyəti olmur və sənət yarışları siyasi müstəvidə qiymətləndirilməməlidir.Bu gün əsas məqsəd bölgədə dayanıqlı sülhü təmin etmək, sabitlik və əməkdaşlığa yönəlmiş siyasəti dəstəkləməkdir”.