Müğənni Samira AliMaryam maraqlı açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, “Günə bax” verilişinə qatılan sənətçi bu sözləri deyib:
“Musiqini nə vəziyyətə saldılar. Elə bir duruma saldılar ki, mən oxumaq istəmirəm. Oxumaq istəyirəm, amma nəyisə yarada bilmirəm. Həvəs deyil. Bizim müəllimlərimiz olub. Bizim müəllimlərimiz tərif belə deməyibər. Daim deyiblər, oxumalısan. İndi ruhdan düşürük. Mənə bə qədər mahnılar yönəldirlər, oxumuram. Özümü o qabda hiss etməyəcəyəmsə necə ifa edə bilərəm? Mənim üçün şöhrət önəmli olmayıb. O bəstəkarın, bu bəstəkarın qapısını döyürdüm ki, məni dinləyin, səsim var”.