Müğənni Samir Bağırov Xalq artisti Flora Kərimovanı evində ziyarət edib.
OLAY yazır ki, bununla bağlı Samir instaqramda video paylaşıb.
“Bu gün canlı korifey, sənətimizin əvəzsiz incisi Flora xanım Kərimovanı ziyarət etdim. Onunla keçən hər dəqiqə böyük bir məktəb, böyük bir ilhamdır. Sözlərinin ağırlığı, baxışlarının enerjisi və sənətə olan sevgisi insana həm güc, həm də ümid verir.
Flora xanım, Allah sizə uzun ömür, möhkəm can sağlığı və daima sevgi dolu günlər nəsib etsin. Siz bizim üçün tükənməyən dəyər, sənətimizin şərəfisiniz.
Bu görüş zamanı bir sürpriz layihə barədə də danışdıq.
Hələlik detalları açıqlamıram - vaxtı gələndə hər kəs üçün böyük və gözəl bir xəbər olacaq”.