Dünyaca məşhur ulduz Şakira oğulları ilə birgə görüntülənib.
OLAY yazır ki, onlar Los-Ancelesdə keçirilən “Zootopia 2” animasiya filminin premyerasında iştirak ediblər. Müğənni 10 yaşlı oğlu Saşa və 12 yaşlı Milan ilə birlikdə qırmızı xalçada poz verib. Onların bir-birinə uyğun və eyni rəngdəki geyimləri media nümayəndələri və pərəstişkarları tərəfindən maraqla qarşılanıb.