Britaniya şahzadələri arasındakı münasibətlərdə parçalanma daha da dərinləşib.

OLAY yazır ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın yaxın həftələrdə birdəfəlik Londona köçərək şəxsi evdə məskunlaşmağı və uşaqlarını yerli məktəbə göndərməyi planlaşdırdığı bildirilir. Lakin şahzadə Uilyam qardaşı ilə ünsiyyət qurmaq fikrində olmadığını açıq şəkildə göstərib, RadarOnline xəbər verir.

Kral Çarlzın böyük oğlu “Spare” adlı memuarlarında və “Netflix” serialında Sassekslərin verdiyi açıqlamalara görə hələ də onlara qarşı dərin inciklik hiss edir. Uilyamın qəzəbinə xüsusilə həyat yoldaşı Keyt Middltona qarşı ictimai hücumlar səbəb olub. Mənbələrin sözlərinə görə, Uilyam həyat yoldaşının rahatlığını hər şeydən üstün tutub və hər hansı görüşə cəlb olunmasını qəti şəkildə qadağan edib.

Şahzadədən qardaşı və xanımına boykot