Məşhur rus jurnalist və musiqi tənqidçisi Sergey Sosedov 58 yaşında vəfat edib.

OLAY yazır ki, tanınmış televiziya aparıcısının ölümünü həmkarı, jurnalist Vadim Takmenev açıqlayıb.

Məlumata görə, ölümə bədbəxt hadisə səbəb olub. Sosedov Yakutiyada qastrol səfərində olarkən pilləkəndən yıxılıb və ağır xəsarət alıb. Aldığı travma beyin qansızmasına səbəb olub.

Sənətçinin yaxınları onun ürəyində problemlərin olduğunu və faciədən bir həftə əvvəl özünü pis hiss etdiyindən şikayət etdiyini bildiriblər. Onların versiyasına görə, tromboz Yakutiyaya uzunmüddətli uçuş səbəbindən yaranıb.

Rusiyalı jurnalist qəfil vəfat etdi