Rusiyanın Vergi Xidməti müğənni Zemfiranın fərdi sahibkar (İP) statusunu ləğv etmək qərarına gəlib.
OLAY yazır ki, fərdi sahibkar statusunun ləğvi ilə bağlı müraciət iyulun 27-də vergi orqanına təqdim edilib. Rəsmi olaraq, fərdi sahibkarın fəaliyyəti 3 avqust 2026-cı il tarixində dayandırılıb.
Qeyd edək ki, Zemfira fərdi sahibkar statusunu 2003-cü ildə rəsmiləşdirib. 2023-cü ilin fevralında Rusiyanın Ədliyyə Nazirliyi müğənnini xarici agentlər reyestrinə daxil edib.
Rusiyadakı bütün statuslarını itirir