Kristiano Ronaldo Lionel Messiyə atasının ölümünə görə dəstək olub. 

“Əl-Nəsr” klubunun hücumçusu argentinalı futbolçunun sosial şəbəkədəki paylaşımının altına dəstək sözləri yazıb. “Bu çətin zamanda səni və ailəni möhkəm qucaqlayıram, Leo. Sizə böyük güc arzulayıram” deyə portuqaliyalı futbolçu yazıb.

Xatırladaq ki, avqustun 8-də Messinin atası uzun müddət sağalmaz xəstəliklə mübarizədən sonra vəfat edib.

Ronaldodan Messiyə dəstək