Dünya şöhrətli futbolçu Kriştianu Ronaldo ilə uzun illərdir birlikdə olduğu Corcina Rodrigesin münasibətlərini evliliklə rəsmiləşdirəcəyi iddia olunur.
OLAY yazır ki, cütlüyün Portuqaliyada nikah masasına əyləşəcəyi bildirilir. Tədbirin saat 16:00-da başlayacağı qeyd edilir.
Bununla belə, nə Kriştianu Ronaldo, nə də Corcina Rodriges tərəfindən bu xəbərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.