Roma Papası Fransisk vəfat edib. 

OLAY yazır ki, bu haqda “Reuters” informasiya agentliyi Vatikana istinadən məlumat yayıb.

Onun 88 yaşı var idi.

Bir gün əvvəl, aprelin 21-də o, sonuncu dəfə - katolik Pasxa bayramı günü ictimaiyyət qarşısına çıxıb.  Pantifex möminlərə Pasxa mesajı ilə müraciət edib

Son aylarda o, pnevmoniyadan əziyyət çəkirdi.

Qeyd edək ki, Fransisk 2013-cü ildə Papa olub. O, Argentinada anadan olub.