Məşhur rus aparıcı Regina Todorenko qarnını nümayiş etdirdiyi videonu paylaşdıqdan sonra tənqid dalğası ilə üzləşib.
OLAY yazır ki, aparıcının alt paltarında bədənini nümayiş etdirdiyinə görə həddindən artıq açıq-saçıq olmaqda və analıq sirrini pozmaqda kütləvi şəkildə ittiham etməyə başlayıblar. Onun tənqidçilərə cavabı isə gecikməyib.
Regina böyük bir paylaşım edərək qadınlara bədənlərində baş verən təbii bioloji dəyişikliklərə görə saxta günahkarlıq hissinin aşılanmasına son qoymağa çağırıb.
“Videomda utanmalı olduğum heç nə yoxdur. Orada hamiləliyin son aylarında olan, qarnı böyük bir qadın var. Orada məhz həmin anda başqa bir insan yaradan bir bədən var. Bəli, kimsə üçün bu, çox şəxsi məsələdir və o, heç vaxt belə görüntünü paylaşmaz. Bu, onun hüququdur! Mənim üçün isə bu gözəldir. Və bu anı məhz belə qorumaq da mənim hüququmdur” deyə Regina sərt şəkildə yazıb.