Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayının keçirilməsi üçün bu gün idarə heyətinin toplantısı keçiriləcək.

OLAY yazır ki, bunu İttifaqın katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında deyib:

“Bu gün idarə heyətinin toplantısı keçiriləcək. Toplantıda qurultayın keçiriləcəyi vaxt müəyyən olunacaq”.

Qeyd edək ki, ittifaqa yeni sədrin seçilməsi və digər məsələlərin müzakirəsi məqsədilə qurultayın keçirilməsi may ayının sonlarına planlaşdırılır.