Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.
OLAY "Baku.ws"yə istinadən yazır ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.
Bu barədə sayta Ramiz Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Zümrüd Əzizbəyli uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.