Məşhur türk müğənni Edis dünyanın ən nüfuzlu musiqi mükafatlarından hesab olunan “Qremmi” mükafatlarının qaliblərini müəyyənləşdirən səsvermə hüququna malik münsif üzvləri sırasına seçilib.

OLAY yazır ki, Edis bu xəbəri sosial media hesabında belə açıqlayıb: “Bu, mənim üçün böyük şərəfdir. Məni səsvermə hüququna malik üzv kimi dəvət etdiyiniz üçün təşəkkür edirəm.”