Aktyor Tom Kruz və Keti Holmsun 20 yaşlı qızları Suri aktrisa kimi debüt edib.
OLAY yazır ki, o, Şekspirin “Yay gecəsində yuxu” əsərində eyni anda dörd obrazı canlandırıb.
Tamaşa cəmi 68 nəfərlik kiçik zalda baş tutub. Zalda yerlərin yarısından da azı dolu olub və nümayişi ümumilikdə 33 tamaşaçı izləyib.
Suri səhnəni Karnegi Mellon Universitetinin Dram Məktəbində birlikdə təhsil aldığı səkkiz tələbə ilə bölüşüb. Maraqlıdır ki, onun adı proqramda göstərilməyib. Ehtimal olunur ki, bu addım ulduz valideynlərinə görə yaranacaq həddindən artıq diqqətin qarşısını almaq məqsədi daşıyıb.