Sabiq xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev qızı Humayın vaxtsız ölümündən danışıb.
OLAY yazır ki, V. Quliyev bu barədə “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində açıqlama verib.
Övladından danışan səfir göz yaşlarına hakim ola bilməyib. O, qızının vəfatından sonra yaradılan fonddan da söz açıb.