Müğənni Aysun İsmayılova qızı Sevgi ilə bağlı paylaşım edib.

OLAY yazır ki, övladı ilə videosunu paylaşan Aysun bunları yazıb:

“Bəlkə yolumuz bir az yarım başladı. Bəlkə nağılımız klassik ailə şəkli kimi olmadı. Amma qızım, sən heç vaxt yarım böyümədin. Çünki mən sənə ikiqat sevgi verdim. Biz iki nəfərlik bir dünyayıq…Əlim əlində olduqca heç nəyimiz əskik deyil.Mənim kiçik möcüzəm. Mən sənin üçün həm sığınacaq, həm qanad olacağam. Və bir gün geriyə baxanda anlayacaqsan. Anan heç vaxt tək deyildi… Çünki sən var idin.  Dünyamın yarısı yox, hamısısan qızım”.