Türk aktyor Kubilay Aka aktrisa Hafsanur Sancaktutan ilə olan münasibtlərindən danışıb.
OLAY yazır ki, Saba Tümerin verilişinə qonaq olan aktyor “Qısqancsan?” sualını bu şəkildə cavablayıb:
“Çox qısqanc deyiləm. Qısqansamda bəlli etməməyə çalışıram. Özümə əsəbləşirəm, niyə qısqanırsan deyə. Qısqanclıq mənim özgüvənsizliyimdir, bunu ona yükləyə bilmərəm. Ona görə qısqandığımı çox bəlli etməyi sevmirəm. Qarşı tərəfin hər şeyi təmizdirsə niyə qısqanım ki”.