Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ötən gün verdiyi müsahibədə söylədiyi fikirlərlə bağlı açıqlama verib.
OLAY yazır ki, aktrisa “ən böyük kriteriyam qarın əzələsidir” fikrini səsləndirərkən əslində ciddi olmadığını bildirib:
“O müsahibədən sonra qarın əzələsi olan hamı mənə mesaj yazır. Mən əslində güzgü qarşısında qarın əzələləri ilə şəkil paylaşan kişiləri bəyənmədiyim üçün belə bir zarafat etdim”.