Aktrisa Ancelina Colinin 53 yaşlı qardaşı Ceyms Heyven homoseksual olduğunu açıqlayıb.

OLAY yazır ki, bu etiraf onun həyat yoldaşı Romi İmbellidən boşanmasından bir il sonra baş verib.

Ceyms keçmiş həyat yoldaşının “Substack” səhifəsində canlı yayıma qoşularaq öz etiraf məktubunu oxuyub: “Uşaqlıqda Disney şahzadələrinə vurğun idim. Yanaqlarıma parıltı çəkir, kirpiklərimi boyayırdım və həmin anlarda özümü sehrli bir aləmdə hiss edirdim. O vaxt bunların məni niyə bu qədər xoşbəxt etdiyini anlamırdım. Mən heç vaxt başqa biri olmağa çalışmamışam — sadəcə özüm olmağa icazə vermişəm” deyə Heyven bildirib.

Canlı yayım zamanı İmbelli keçmiş həyat yoldaşına dəstəyini ifadə edib və etiraf edib ki, onun cinsi orientasiyası ilə bağlı uzun müddətdir şübhələri var idi. Lakin bunu qəbul etmək onun üçün çox çətin olub: “Mən bundan şübhələnirdim, amma yenə də buna inanmaq istəmirdim. Çünki bu, səni həyat yoldaşı kimi itirəcəyim anlamına gəlirdi və mən bununla barışa bilmirdim” deyə o, bildirib.

Qardaşı gey olduğunu etiraf etdi Qardaşı gey olduğunu etiraf etdi Qardaşı gey olduğunu etiraf etdi