“Onun mənə aldığı gülləri hələ də saxlayıram”.

OLAY yazır ki, ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində danışıb. O, şəhid general-mayor Polad Həşimovun ona aldığı çiçəkləri hələ də saxlamasından danışıb.

O, müsahibə zamanı şəhid general-mayorun ailə həyatından, onun xatirəsini yaşatmaq üçün gördüyü işlərdən və illər keçsə də, Polad Həşimova olan sevgisindən danışıb.

Ofeliya Salmanova bildirib ki, həyat yoldaşının ona aldığı gülləri bu günə qədər saxlayır:

Veriliş zamanı o, həmçinin Polad Həşimovun ailəsinə, vətənə və insanlara olan sevgisindən, onun həyat prinsiplərindən və son günlərinə qədər daşıdığı məsuliyyətdən də danışıb.