Müğənni Alla Puqaçova təxminən 50 milyon rubl dəyərində Bolqarıstanda daşınmaz əmlak alıb və oraya sakit, təcrid olunmuş həyat ümidi ilə köçməyi planlaşdırır.

OLAY yazır ki, bu barədə kp.ru məlumat yayıb.

Puqaçovanın villası Sofiyanın mərkəzindən 10 dəqiqəlik məsafədə, Pirin dağlarının cənub yamacında yerləşən qapalı kottec qəsəbəsində yerləşir. Evin sahəsi 230 kvadrat metr, torpaq sahəsi isə təxminən 220 kvadrat metrdir.

Villada üç yataq otağı, iki sanitar qovşağı və geniş qonaq otağı var. Dağ mənzərəsi olan terrasda gələcəkdə hovuz və çiçəkli bağ salınacağı bildirilir.

Hazırda evdə daxili bəzək və təmir işləri aparılır. Məlumata görə, Puqaçova ailəsi ilə birlikdə 2026-cı ildə köçməyi planlaşdırır.

Məqalədə qeyd olunur ki, son vaxtlar Alla Puqaçovanın Kiprdəki həyatı asan olmayıb — paparatsiyalar onun Limassolda harada yaşadığını müəyyənləşdiriblər və müğənniyə orada rahatlıq verməyiblər.

“Aydındır ki, Kipr artıq Primadonnanı ailəsi ilə birlikdə tamamilə rədd edib,” – deyə nəşr vurğulayır.

Mətbuat həmçinin bildirir ki, Bolqarıstanda artıq rusdilli bir çox məşhurlar məskunlaşıblar — onların arasında Larisa Guzeeva, Larisa Udoviçenko və Lera Kudryavtseva da var