Amerikada yaşayan aparıcı Qənirə Ataşova paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, oğlu Ceyhunun maşınından görüntülər paylaşan jurnalist övladının pintiliyindən gileylənib:

Mənə pis ana deyə bilərsiniz. Bu pintiliyə görə onu evdən qovmuşdum. İnanın, otağı belə olurdu. Amma qovulmadan sonra evə dönəndə divarları öpüb belə dedi: “Ana, bu evin qaydalarına qurban olaram”. Maşını ona təmiz vermişdim. 4 aydır bu maşın zibillik dükanıdır. Nə istəsəniz, oradan tapmaq mümkündür. Sonda qoyduğum foto isə təmizliyimdən bir parçadır. Onu da uşaqlar bəyənmir”.