Müğənni Samir Bağırov pərəstişkarı ilə yaşadığı maraqlı hadisədən danışıb.

OLAY yazır ki, o “Öz aramızda” verilişində qonaq olarkən yaşadığı maraqlı anları bu sözlərlə dilə gətirib:

“ Bir dəfə bir qız ağlayaraq mənə yaxınlaşdı. Mənə qəribə gəldi gənc pərəstişkarımın olmağı və ağlayırdı. Dedi ki, sizi görəndə rəhmətlik nənəm yadıma düşür. O qədər sizi sevirdi, siz oxuyanda bizə nəfəs almağa da imkan vermirdi. Bu mənim üçün, sənət adamı üçün ən böyük xoşbəxtlikdir. Mən uşaq olanda pianoda Alla Puqaçovanın mahnılarını oxuyurdum. İndi isə mənim mahnılarımı ifa edirlər. Bu xoşbəxtlikdir”.