Türk aktrisa Özgü Namal uşaqları ilə keçirdikləri qəzadan danışıb.

OLAY yazır ki, açıqlama verən aktrisa bildirib ki, təhlükəsizlik kəməri sayəsində daha böyük faciənin qarşısı alınıb. Namal o anları belə xatırlayıb:

“Kəmər bağlı olmasaydı, bu gün daha ağır nəticələr olardı. Qəza zamanı nəfəs ala bilmirdim, təxminən 10-15 dəqiqə nəfəsim kəsildi. Çırpıldığımız maşının yanğınsöndürən avtomobili olduğunu sonradan başa düşdüm. Yalnız böyük qırmızı bir avtomobil xatırlayıram. Sonradan anladım ki, bu, yanğınsöndürən maşını imiş”.

Hadisə zamanı Özgü Namal, iki uşağı və sürücüsünün yüngül xəsarət aldığı bildirilib.