Müğənni Ledi Qaqa və nişanlısı Maykl Polanski qızlarına Rouz Bin Polanski adını veriblər.

OLAY yazır ki, cütlüyün qızı 9 iyun saat 23:19-da Los-Ancelesdə dünyaya gəlib.

İnsayderlərin sözlərinə görə, yeni valideynlər yay aylarında işdən məzuniyyət götürərək vaxtlarını övladlarına həsr etmək qərarına gəliblər. Nəşrin mənbəyi bildirib ki, hər ikisi valideynlikdən danışarkən sözün əsl mənasında işıq saçırlar, Maykl isə özünü xüsusilə xoşbəxt və rahat hiss edir.