Türk aktrisa Eda Ece şəxsi həyatı və aktrisalıq seçimləri barədə danışıb.
OLAY yazır ki, aktrisa Buğrahan Tuncer ilə evləndikdən və ana olduqdan sonra rol seçimlərində daha diqqətli davrandığını bildirib.
Hazırda “Tuzlu Kahve” layihəsində rol alan Eda Ece aktyorluq karyerasında müəyyən sərhədlər qoyduğunu vurğulayaraq “Öpüşmə səhnələrində çəkilmirəm, açıq-saçıq səhnələrdə rol almıram. Sinə dekolteli geyimlər geyinmirəm. Bu məsələlərə diqqət edirəm. Buğra ilə münasibətimdən, evlilikdən və uşaq sahibi olduqdan sonra daha da diqqətli olmağa çalışıram” deyə bildirib.
Sevgi filmlərində də rol aldığını xatırladan Ece, Kaan Yıldırımla birlikdə çəkildiyi “Netflix” layihəsində öpüşmə və ya açıq-saçıq səhnələrin olmadığını qeyd edib.