KİV-lər müğənni və aktyor Cared Letoya qarşı azyaşlılara yönəlik seksual xarakterli zorakılıqla bağlı yeni ittihamlar fonunda onun daha əvvəl şəxsi adasında keçirdiyi tədbiri gündəmə gətiriblər.

OLAY yazır ki, altı il əvvəl, 2020-ci ilin avqustunda “Thirty Seconds to Mars” qrupunun solisti Cared Leto Xorvatiyanın Obonyan adlı şəxsi adasında qrupun fanat icmasının üzvləri üçün təşkil olunduğu bildirilən “Mars Island” sağlamlıq festivalına rəhbərlik edib.

Məlumata görə, tədbir iştirakçıları dənizdə çimib, günəşlənib, çimərlikdə gəzib və yoqa ilə məşğul olublar. Eyni zamanda onlar aktyoru və qrupu şərəfləndirən müxtəlif tədbirlərdə iştirak ediblər.


Lakin məlumata görə, tədbirdə iştirak edən qadınların əksəriyyəti də Leto ilə birlikdə meditasiya edib, mantra oxuyub və paltarsız dincəlib. Leto özü bu tədbiri “mənəvi sığınacaq” adlandırsa da, festivalın ümumi atmosferi ictimaiyyətdə müxtəlif suallar və müzakirələr doğurub.

Onun da gizli adası şübhə yaratdı! Onun da gizli adası şübhə yaratdı! Onun da gizli adası şübhə yaratdı! Onun da gizli adası şübhə yaratdı!