Əməkdar artist Dilarə Əliyeva yaxın dostu, Xalq artisti Mehriban Zəki ilə bağlı paylaşım edib.
OLAY yazır ki, D. Əliyeva aktrisaya ad günü təbriki yazıb:
“Sənət və sənətkarlıq adına var olan bütün ilahi fikirlərə layiq olan, mədəniyyətimizin incisi, incəsi, açığı yoxdur ikinci beləsi! Onu vəsf etməyə nə söz yetir, nə fikir! İlahi bir vergini ömrünə çevirib, onu xalqın yaddaşına həkk etmisən - təkcə səsinlə yox, ruhunla, duruşunla, sənətə olan sonsuz hörmətinlə! Doğum günün mübarək, sənətkar!”.