Türkiyə Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən aparılan narkotik araşdırması çərçivəsində saxlanılan məşhurların narkotik testlərinin nəticələri məlum olub.
OLAY yazır ki, nümunələri Adli Tıp Kurumu (ATK) tərəfindən götürülən və Mabel Matiz kimi tanınan Fatih Karaca, aktrisa Yağmur Ünal və Volkan Bahçekapılı daxil olmaqla 10 nəfərin narkotik testi müsbət çıxıb.
Test nəticəsi müsbət olan digər tanınmış şəxslər arasında Aslıhan Turanlı, Aycan Yağcı, Eda Dora, Tarık Tunca Bakır, Yasemin İkbal, Eren Kesimer və Semiha Bezek də yer alıblar.