Aktyor Uill Smit yeni məhkəmə qalmaqalının mərkəzinə düşüb.
OLAY yazır ki, onun keçmiş dostu, musiqiçi Bilaal Salaam aktyoru cinsi qısnamada ittiham edərək məhkəməyə verib. Kişinin iddiasına görə, xoşagəlməz hadisə hələ 2019-cu ildə “Ələddin” filminin premyerasından sonra keçirilən məclisdə baş verib.
Salaam iddia edir ki, hadisədən sonra Smit ondan üzr istəməyə çalışıb. Aktyor baş verənləri bir qədər sərxoş olması ilə izah edib və ictimaiyyətin reaksiyasından qorxduğu üçün hadisəni gizli saxlamağı xahiş edib. Musiqiçi bundan sonra özünü alçaldılmış hiss etdiyini və mümkün nəticələrdən qorxduğunu bildirib.