Xəbər verdiyimiz kimi, dünyaca məşhur model Sindi Kroufordun oğlu Presli Gerber 27 yaşında vəfat etmişdi.
OLAY yazır ki, uzun müddət səssizliyini qoruyan Sindi Krouford oğlunun ölümü haqqında ilk dəfə paylaşım edib.
Sindi paylaşımında bu ifadələrə yer verib:
“Sevimli oğlumuzu və qardaşımızı itirdiyimiz üçün sözlə ifadə edilə bilməyəcək qədər böyük bir kədər içindəyik. Preslinin 27 il boyunca həyatımızda olmasına görə özümüzü çox şanslı hiss edirik. O, sevən və sevilən, qəlbi gözəl, mehriban bir ruh idi və belə də qalacaq — indi və əbədi olaraq.
Dünyaya qarşı göstərdiyi münasibətlə, mehribanlığı və həssaslığı ilə bizi qürurlandırırdı. Ailəmizi tanıyan və sevən insanların, eləcə də bizim ağrımızı hiss edən tanımadığımız insanların göstərdiyi böyük sevgi və dəstəyə görə minnətdarıq.
Yenidən görüşənədək, bizim şirin balamız. Səni sonsuza qədər sevəcəyik. Anan, atan və Kaia”.