Aparıcı Lalə Azərtaş arxiv fotosunu paylaşıb.
OLAY yazır ki, məktəb illərində müəllimi ilə çəkilən şəklini izləyiciləriylə bölüşüb:
“1988-ci il… Fotoda Rəhmətlik İbtidai sinif müəllimim Nahidə xanım və mən… Saçımda ağ bant, əynimdə məktəbli forması, əlimdə kitab… Uşaqlığımın ən saf, ən unudulmaz illəri… O zaman məktəbli forması bizi bir-birimizdən fərqləndirmirdi, əksinə, birləşdirirdi. Hamımız eyni məktəbin, eyni arzuların uşaqları idik… Bu gün məktəbli forması ətrafında yaranan mübahisələri ürək ağrısı ilə izləyirəm. Mən hər kəsin inancına, dini etiqadına sonsuz və çox böyük hörmətlə yanaşıram. Amma məktəbin də öz nizamının, öz qaydalarının, öz simasının olmasını vacib sayıram. Gəlin, inancı inanca, insanı insana qarşı qoymayaq! Bir-birimizin həssasiyyətinə hörmət edərək ortaq yol tapaq. Unutmayaq, məktəb uşaqlarımızın ilk böyük həyat dərsidir. Qoy, o dərsin adı qarşıdurma deyil, birlik, bərabərlik və qarşılıqlı hörmət olsun! Çünki uşaqlarımıza qoyacağımız ən gözəl miras təkcə təhsil deyil, bir-birinə hörmət etməyi bacaran cəmiyyətdir”.