“Survivor Yunanıstan” yarışmasında baş verən dəhşətli qəzadan sonra proqramın finalının vaxtından əvvəl keçirilməsi qərara alınıb.
OLAY yazır ki, qayıq qəzasından sonra bir ayağı amputasiya edilən gənc iştirakçı Stavros Floros “Survivor Yunanıstan 2026”nın qalibi elan edilib.
Hadisə ilə bağlı açıqlama verən Acun Ilıcalı “Əməliyyatdan sonra danışdıq, dərdləşdik. Bəzi şeylərin geri dönüşü yoxdur, amma onun sağ qalmasının möcüzə olduğunu bilir. Bundan sonrakı həyatında bizim qardaşımız olacaq. Sabah səhər yenə onu ziyarət etməyə gedəcəyəm. Digər ayağında da ciddi zədə var” deyə bildirib.