Türk aktyor Halit Ergünün görüntüləri sosial şəbəkələrdə gündəm olub.

OLAY yazır ki, aktyor qonaq olduğu verilişdə rol aldığı “Yaprak dökümü” serialındakı “Ali Rza” obrazının ölüm səhnəsini yenidən canlandırıb.

Aktyorun bu görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və serialın pərəstişkarlarına duyğusal anlar yaşadıb.