Xalq artisti Naibə Allahverdiyeva da efir məkanı ilə bağlı gedən müzakirələrə qoşulub.
OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status yazıb. O, sosial media hesabında bu sözləri qeyd edib:
“ Axır ki, aidiyyatı qurumlar hərəkətə keçdi. Düşünürəm ki, bu müvəqqəti xarakter daşımayacaq. Yəni ara sakitləşəndən sonra hər şey yenidən öz axarına qayıtmayacaq. Efirdən uşaq, böyük bilmədən təhqiramiz sözlər işlədən, ictimai platformada "razborşiklik" edən, nalayiq hərəkətlərlə insanların əsəbi ilə oynayan, dövlət tərəfindən verilən statusa hörmətizlik edib, "Xalq artisti kimdir ki? Onların aça bilmədiyi qapını mən təpiklə açıram" deyən, qeyri-adekvat bir aparıcıya necə canlı efir həvalə etmək olar? Axı televiziyaları bütün dünya izləyir. Kölgəsini belə televiziyaya buraxmaq olmaz. Kanalına hörmət edən rəhbər bunu özünə rəva görüb, televiziyanı hörmətdən salmaz. Ayıbdır. Sponsorlara isə üzümü tutub demək istəyirəm ki, əzizlərim, əgər sizdə vətənpərvərlik hissi varsa, xalqın mənəviyyatına zərbə vuran istedadsızlara yox, mədəniyyətmizi layiqincə təmsil edə biləcək, istedadlı savadlı, işıqlı insanlara dəstək olun”.