Gənc artist Nuranın yeni təqdim etdiyi “Çağır məni” mahnısı trendə düşüb.

OLAY yazır ki, sənətçinin 91 min baxış sayına çatan ifası yutub trendlərində 15-ci sırada yer alıb.

Bundan əlavə, ifaçının mahnısı TikTok-da da yayılmağa davam edir.

Qeyd edək ki, Nuran mərhum Əməkdar artist Baloğlan Əşrəfovun mahnısını oxuyub.